NASCO XXVI ilə bağlı yaranan sualları cavablandırmaq və ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə onlayn infosessiya keçirilib

Tarix: 25.06.2023
Paylaş:

25 iyun tarixində doktorantların və gənc tədqiqatçıların XXVI Respublika Elmi Konfransı – NASCO- ilə bağlı yaranan sualları cavablandırmaq və ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə infosessiya keçirilmişdir.

Qeyd edək ki, ARTİ-nin təşkilatçılığı ilə 2023-cü il noyabrın 10-11-də keçiriləcək XXVI Respublika Elmi Konfransı – NASCO-nun keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.

Konfransın elanı ilə tanış olmaq və müraciət etmək üçün aşağıdakı keçiddən istifadə etməyiniz xahiş olunur: http://bit.ly/449IlKY