Təhsil İnstitutu ali məktəblərdə pedaqoji fəaliyyət ilə məşğul olmaq istəyən şəxslər üçün təlimlərə start verib

Tarix: 25.06.2023
Paylaş:

Təhsil İnstitutu ali məktəblərdə pedaqoji fəaliyyət ilə məşğul olmaq istəyən, sənayedə və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslər üçün təlimlərə start verib.

Bu sahədə bilik və bacarıqların artırılması məqsədilə təşkil olunan təlimlərin əsas mövzuları pedaqoji fəaliyyətdə ilk addım, tədrisin planlaması və tətbiqi, ali təhsilin normativ-hüquqi tənzimlənməsi, təhsil prosesində müasir rəqəmsal texnologiyaların tətbiqi, elmi rəhbərlik, tədrisin idarə edilməsi və peşə etikasıdır.

Təlimlərdə spiker qismində Təhsil İnstitutunun əməkdaşları Leyla Sultanlı, Həsən Əlili, Əli Tağıyev, həmçinin Müşərrəf Məmmədova, Gülnar Cəfərova çıxış edirlər.

Sonda təlimləri uğurla bitirən şəxslərə Təhsil İnstitutu tərəfindən sertifikat təqdim olunacaq.

Qeyd edək ki, 24 iyun tarixində başlayan təlimlər 4 həftə davam edəcək.