Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Əlavə təhsilin məzmunu şöbəsinin müdiri Könül Nəhmətovanın “Esse: Yazı tiplərinə görə növləri” adlı metodik vəsaitini təqdim edirik.
Metodik vəsaitdə essenin tarixi, strukturu, yazı tiplərinə görə növləri, esse yazı işinin təşkili metodikası, essenin qiymətləndirilməsi meyarları kimi məsələlərdən bəhs edilib.
Qeyd edək ki, vəsait ali məktəb, həmçinin ümumi təhsil müəssisələrində çalışan müəllimlər, abituriyentlər və yazı bacarıqlarını inkişaf etdirmək istəyən şəxslər üçün nəzərdə tutulub.
Aşağıdakı keçidə daxil olmaqla vəsaiti oxuya bilərsiniz:
“Esse: Yazı tiplərinə görə növləri”