Lisey və gimnaziyalar üçün seçimlər davam edir

Tarix: 04.07.2023
Paylaş:

Mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalar üçün seçimlər davam edir.

Lisey seçimləri şagirdlərin elektron yerdəyişməsi portalı (sy.edu.az/login) vasitəsilə həyata keçirilir. Valideynlər şəxsi kabinetlərə daxil olaraq “İmtahanlar” bölməsindən imtahan nəticələri ilə tanış ola və lisey seçimi edə bilərlər. Bu mərhələdə 3 lisey seçimi şansı təqdim olunur. Hər 3 seçimi etmək zərurəti yoxdur. Lisey seçimləri 4 iyul 16:00–a qədər davam edəcək.

Qeyd edək ki, iyul ayının 4-ə qədər valideynlər tərəfindən lisey seçimləri və seçilən liseylərin ardıcıllığı dəyişdirilə və yenilənə bilər. Nəticələr seçimlər yekunlaşdıqdan bir neçə gün sonra elan ediləcək.