Kimya fənni üzrə növbəti düşərgə təşkil edilib

Tarix: 05.07.2023
Paylaş:

Beynəlxalq olimpiada nailiyyətlərinin yüksəldilməsi istiqamətində beynəlxalq olimpiadalarda iştirak edəcək milli komanda üzvlərinə və seçmə imtahanında ən yaxşı nəticə göstərən IX sinif şagirdlərinə “Landau School”da düşərgə təşkil edilib.

Belə ki, kimya fənni üzrə təşkil edilən düşərgə 26-30 iyun tarixlərində baş tutub. Düşərgə müddətində ən mürəkkəb mövzular üzrə qeyri-üzvi, üzvi və analitik kimyadan nəzəri məşğələlər keçirilib.