Baku ID’23 tədbiri baş tutub

Tarix: 06.07.2023
Paylaş:

6 iyul 2023-cü il tarixində sayca ikinci Baku ID’23 tədbiri baş tutub.

Tədbirdə 200-dən çox  xarici və yerli investor (500 Global, Startup Wise Gise və s. investisiya fondlarının, vençur kapitalı şirkətlərinin nümayəndələri olmaqla), 100-dən çox startap, 3000-dən çox qonaq və  iştirakçı, 10-dan çox partnyor iştirak edib.

Tədbir zamanı startapların investorlar qarşısında çıxışı, “one-2-one” investorlarla görüşlər, panel çıxışlar, müsabiqə və açıq hava konserti kimi fəaliyyətlər təşkil olunub.

Baku ID’23 tədbirin açılış mərasimi zamanı Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və SABAH.HUB İnnovasiya Mərkəzinin rəhbəri Rəhim Bayramlı yerli və xarici qonaqları salamlayaraq tədbirlə bağlı öz fikirlərini bildirdilər və tədbirin fəaliyyətində uğurlar arzu etdilər.