Mərkəzləşdirilmiş qaydada keçirilən lisey və gimnaziyalara qəbul nəticələri elan olundu.

Tarix: 06.07.2023
Paylaş:

2023-2024 tədris ili üzrə 32 təhsil müəssisəsində mərkəzləşdirilmiş qaydada həyata keçirilən lisey və gimnaziyalara qəbul prosesinin nəticələri elan olundu. Nəticələr ilə şagirdlərin elektron yerdəyişmə portalında (https://sy.edu.az) şəxsi kabinetlərə daxil olaraq tanış olmaq mümkündür.

Şagirdlər seçim etdikləri lisey və ya gimnaziyalara qəbul olduqları təqdirdə, şəxsi kabinetlərinə daxil olaraq 17 iyul 17:00-a qədər qəbul olduqları müəssisəni təsdiqləməlidirlər. Qeyd olunan tarixədək uğurlu nəticə göstərən şagirdlərin nəticələri valideynlər tərəfindən təsdiqlənmədiyi halda qəbul nəticəsi etibarsız hesab ediləcək. Lisey yaxud gimnaziyaya qəbul olan və valideyn modulundan təsdiq edilən şagirdlərin sorğuları sistem açılan zaman avtomatik yaradılacaq və avqust ayında sənəd qəbulu həyata keçiriləcək.

Qeyd edək ki, 19925 nəfər şagird lisey və gimnaziya seçimi mərhələsində iştirak hüququ qazanıb.

Qəbul nəticələri ilə bağlı müraciətlər 11 iyul saat 12:00-a qədər ARTİ-nin rəsmi elektron ünvanına (office@arti.edu.az) edilə bilər.

Lisey və gimnaziyalar üzrə minimum keçid balları