3-6 iyul tarixlərində ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən ingilis dili təlimçiləri üçün təlim təşkil olunub.
“Perspektiv və cari planlaşdırma” mövzusunda keçirilən təlimlərin məqsədi iştirakçıların illik və gündəlik planlaşdırma ilə bağlı bilik və bacarıqlarını artırmaq, onların bu istiqamətdə təlimçilik səriştələrini inkişaf etdirməkdir.
24 akademik saatı əhatə edən təlimlərdə iştirakçılara perspektiv və gündəlik planlaşdırma üzrə ətraflı məlumat verilib. Təlimin sonuncu günündə isə iştirakçılar özləri seçdikləri bir dərsin gündəlik planlaşdırmasını hazırlayıb təqdim ediblər.
Qeyd edək ki, ingilis dili təlimçiləri üçün təşkil olunan təlimlərdə müxtəlif bölgələr üzrə ümumilikdə 40 nəfər iştirak edib.