TAIEX layihəsi üzrə təlim keçirilib

Tarix: 11.07.2023
Paylaş:

6-7 iyul tarixlərində Elm və Təhsil Nazirliyinin dəstəyilə Avropa Komissiyasının Texniki Yardım və Məlumat Mübadiləsi Aləti (TAIEX of the European Commission) və ARTİ-nin birgə təşkilatçılığı əsasında “Riyaziyyat fənni üzrə orta məktəb dərsliklərinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilib.

Təlimdə Elm və Təhsil Nazirliyinin məsul əməkdaşları, ARTİ-nin Tədris resursları şöbəsinin əməkdaşları, riyaziyyat fənni üzrə Elm və Təhsil Nazirliyinin və DİM-in ekspertləri, BDU-nun və Riyaziyyat İnstitutunun əməkdaşları, yeni nəsil riyaziyyat dərsliklərinin müəllifləri və beynəlxalq məsləhətçisi Ayhan Kürşat Erbaş (onlayn) iştirak edib.

Fransa Təhsil Nazirliyinin eksperti professor Karim Zayana iştirakçıları orta təhsil səviyyəsi üzrə Fransa və Avropa Şurasının digər ölkələrində dərsliklərin qiymətləndirilməsində tətbiq olunan müasir meyarlarla tanış edib. O, təlim zamanı müxtəlif nəşriyyatların son illərdə hazırladıqları riyaziyyat dərslik nümunələrinin quruluş və məzmununun qiymətləndirmə meyarlarına əsasən təhlilini aparıb.

Sonda təlimçi dinləyicilərin çoxsaylı suallarını cavablandırıb.