2-13 iyul tarixlərində Yaponiyanın Çiba şəhərində keçirilən 64-cü Beynəlxalq Riyaziyyat Olimpiadasında şagirdlərimiz uğurla çıxış ediblər. 112 ölkə üzrə 618 şagirdin iştirak etdiyi yarışda 6 məktəbli ilə təmsil olunan komandamız 1 gümüş, 1 bürünc medal və 4 həvəsləndirici mükafat qazanıb.
Olimpiadada Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Fidan Qarayeva gümüş, Cəlil Hüseynov isə bürünc medala, həmin liseyin X sinif şagirdi İbrahim Kərimli və XI sinif şagirdi Anar Mehdiyev, Bakı şəhəri, 160 nömrəli Klassik gimnaziyanın XI sinif şagirdi Fərrux Əsədov və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin X sinif şagirdi Mirhəbib Əsgərov həvəsləndirici mükafata layiq görülüblər. Əlavə olaraq qeyd edək ki, Fidan Qarayeva Asiya üzrə “Məryəm Mirzəxani mükafatı” ilə təltif olunub.
Şagirdləri təbrik edir və təhsil səviyyələrinin növbəti pillələrində onlara uğurlar arzu edirik!