Baku ID’23-ün qalib startapları bəlli oldu

Tarix: 13.07.2023
Paylaş:

Bakı İnvestisiya Gününün final raundunda 7 komanda son mərhələyə vəsiqə qazandı və yenidən investorlar qarşısına çıxdı. Finalçı startaplar 3 dəqiqə ərzində çıxış, 5 dəqiqə ərzində sual-cavab sessiyasında iştirak edərək investorlardan yatırım əldə etməyə çalışdılar.

Belə ki, bu komandalardan 3-ü $300.000 dollardan çox investisiya almağı bacardılar.

Qalib olan startap komandalarını (Oxuyan.az, CodiPlay və Perkskit) bir daha təbrik edir və uğurlarının davamlı olmasını arzulayırıq