Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsinin üçüncü günü

Tarix: 13.07.2023
Paylaş:

İyulun 13-də müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanlarına ibtidai sinif müəllimliyi üzrə 11 004, musiqi fənni üzrə isə 3 255 namizəd dəvət olunub.

Qeyd edək ki, test imtahanları 11-15 iyul tarixlərini əhatə edir. İmtahanda namizədlərə 150 dəqiqə vaxt verilir.

Cari ildə MİQ vasitəsilə 10 000 müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində isə ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər.