NASCO XXVI – Ən çox verilən suallar

Tarix: 13.07.2023
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutu 2023-cü il noyabrın 10-11-də doktorantların və gənc tədqiqatçıların XXVI Respublika elmi konfransını keçirir. NASCO-nun keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır. Konfransda iştirakla bağlı ən çox soruşulan suallar və onların cavablarını ictimaiyyətə açıqlayırıq.

Konfransa yalnız tezislər göndərilir?

10-11 noyabr baş tutacaq konfransa yalnız tezislər qəbul edilir.

Konfransda kimlər iştirak edə bilər?

Konfransda təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan respublikada və xaricdə ali təhsil müəssisələrində və elmi tədqiqat institutlarında fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantlar və dissertantlar, doktorantura/dissertantura təhsilini bitirmiş müdafiə ərəfəsində olan şəxslər, həmçinin fəlsəfə doktoru elmi dərəcəsi almış 35 yaşa qədər gənc tədqiqatçılar iştirak edə bilərlər.

Konfransda iştirak etmək üçün yaş həddi varmı?

Əgər doktorantura/dissertantura səviyyəsində təhsil alırsınızsa, istənilən yaşda qatıla bilərsiniz, əgər fəlsəfə doktoru elmi dərəcəsini almısınızsa, yaşınız 35-dən çox olmamalıdır.

Tezis neçə səhifə olmalıdır?

Tezis maksimum 5 səhifədən (xülasə, ədəbiyyat daxil) ibarət olmalıdır.

Qəbul edilən tezislər harada nəşr olunacaq?

Konfransda çıxış edən və çıxışı məqbul hesab edilən tezislər konfransın kitabında çap olunacaqdır.

Konfransda izləyici kimi iştirak etmək olar?

Bununla bağlı məlumat konfransın keçiriləcəyi məkan dəqiqləşdikdən sonra ictimaiyyətlə paylaşılacaqdır.

Tezislərin plagiat yoxlanılmasını siz həyata keçirirsiz?

Xeyr, tezis göndərən hər kəs özü plagiat arayışını yükləməlidir.