ARTİ-də doktorant və gənc tədqiqatçılar üçün təlim keçirilib. Təlimin əsas mövzusu uğurlu tədqiqatın aparılması və tezisin yazılması qaydaları olub. Təlimdə spiker qismində ARTİ-nin direktor müavini Könül Abaslı çıxış edərək elmi tədqiqat mövzularının seçimi zamanı diqqət edilməsi zəruri olan meyarlar, etibarlı mənbələrə əlçatanlıq, tədqiqatın strukturu və akademik dürüstlük kimi mövzularda təlim iştirakçılarına ətraflı məlumat verib.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil İnstitutu 10-11 noyabr, 2023-cü tarixində doktorantların və gənc tədqiqatçıların XXVI Respublika elmi konfransını (NASCO) keçirir.
NASCO XXVI-nın keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.