İnformatika, ibtidai sinif (I seans), fizika və fransız dili fənləri üzrə apellyasiya müraciətlərinə start verildi

Tarix: 14.07.2023
Paylaş:

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin informatika, ibtidai sinif (I seans), fizika və fransız dili fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə qəbul başladı. Bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.

Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.