MİQ müsabiqəsi üzrə test imtahanlarının dördüncü günü

Tarix: 14.07.2023
Paylaş:

İyulun 14-də müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanlarına Azərbaycan dili və ədəbiyyat üzrə 7 187, Azərbaycan dili (rus bölməsi) üzrə 196, ingilis dili üzrə 5 635, təsviri incəsənət fənnindən isə 1 468 namizəd dəvət olunub.

Qeyd edək ki, MİQ yüksək bilik və bacarığa malik təhsilverənlərin aşkarlanmasında bərabər, ədalətli imkandır. Cari ildə MİQ vasitəsilə 10 000 müəllimin işə qəbulu hədəflənib.

11-15 iyul tarixlərini əhatə edən test imtahanları 13 müxtəlif şəhər və rayon üzrə ümumilikdə 29 mərkəzdə təşkil olunur. İmtahanlarda namizədlərə 150 dəqiqə vaxt verilir.