Təhsil İnstitutunda Yaponiyanın “KEI Advanced, Inc & Nippon” Qlobal Təhsil və Qiymətləndirmə şirkəti ilə görüş keçirilib

Tarix: 18.07.2023
Paylaş:

17 iyul tarixində Təhsil İnstitutunda Yaponiyanın “KEI Advanced, Inc & Nippon” Qlobal Təhsil və Qiymətləndirmə şirkəti ilə görüş keçirilib. Görüşdə sözügedən şirkətin rəhbərliyi, Elm və Təhsil Nazirliyinin və Təhsil İnstitutunun əməkdaşları iştirak ediblər.

Görüşdə şirkətin direktoru Hiromitsu Sakata Yaponiyada keçirilən qiymətləndirmə praktikası və nəticələri, yapon təhsil sistemi, Özbəkistanda tətbiq olunan layihələr və görülən işlər barədə danışıb. Təhsil sistemlərində olan çatışmazlıqlar və potensial layihələr müzakirə olunub.