Azərbaycan-Türkiyə Təhsil İşçilərinin Peşə-Təcrübə Proqramına start verilir

Tarix: 21.07.2023
Paylaş:

“EduTime” Təhsil və İnkişaf Mərkəzi Azərbaycanın təhsil işçiləri-məktəb rəhbərləri və müəllimlər üçün “Azərbaycan-Türkiyə Təhsil İşçilərinin Peşə-Təcrübə Proqramı”nı elan edir.

Proqram 22-27 avqust 2023-cü il tarixində İstanbul şəhərində təşkil olunacaq. 5 gün ərzində iştirakçılar məktəb və universitetləri ziyarət edəcəklər. Proqram iştirakçılarının müxtəlif mövzularda konfrans və təlimlərdə iştirakı nəzərdə tutulur.

Proqram ödənişlidir. Ödənişə aşağıdakılar daxildir:

✍️22 -27 avqust 2023-cü il

✍️Bakı-İstanbul-Bakı təyyarə bileti
✍️Hava limanından otelə transfer və şəhərdaxili transfer
✍️Türkiyənin nüfuzlu məktəb və universitetlərini ziyarət
✍️ SERTİFİKATLI təlimlər və konfrans
✍️ İstanbulun tarixi məkanlarına ziyarət
✍️ Şəhərin mərkəzində oteldə yerləşdirilmə
✍️ Oteldə səhər yeməyi və şəhərdə nahar yeməyi
✍️Protokol görüşlər

Ətraflı məlumat və qeydiyyat üçün: +99455 970-41- 47