26-27 iyul tarixlərində Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində Müəllimlərin idarəolunması işçi qrupunun ikinci təlim görüşləri baş tutub.
İkinci təlim görüşlərində məqsəd Metodiki Dəstək Konsepsiyasının yekunlaşdırılması və icra mexanizmlərinin müzakirə edilməsi, eləcə də təlim ehtiyaclarının təhlilinin nəzərdən keçirilməsi, qrup üzvləri üçün bacarıqların gücləndirilməsi proqramının və iştirakçıların fərdi öyrənmə planlarının hazırlanması olub.
İki gün davam edən təlimlərdə layihənin baş eksperti Maya Jukiçinin və 3-cü komponentin rəhbəri Boris Curkoviçin mentorluğu ilə Metodiki Dəstək Konsepsiyasının layihəsinə şərhlərin verilməsi ilə bağlı qrup işi aparılıb, nəticələrin təqdimatı və yekun variantın razılaşdırılması ilə bağlı müzakirələr olunub.