Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə dair statistik məlumatlar

Tarix: 04.08.2023
Paylaş:

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə son iki ildə vakant yerlərə yerləşdirilməyə dair müqayisəli statistikanı diqqətinizə təqdim edirik.

Ötən il müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsində olduğu kimi, cari ildə də Azərbaycan bölməsi üzrə Azərbaycan dili və ədəbiyyat, coğrafiya, fransız dili, ibtidai sinif, tarix və texnologiya fənlərindən müsabiqəyə təqdim olunmuş bütün vakansiyalar namizədlər tərəfindən tutulmuşdur. Azərbaycan dili, alman dili, fiziki tərbiyə, informatika, kimya, musiqi, rus dili və ədəbiyyatı, təsviri incəsənət fənlərində həm Azərbaycan, həm də rus bölməsi üzrə vakant yerləri tutmuş namizədlərin sayı ötən illə müqayisədə artmışdır.

Qeyd edək ki, bu il Azərbaycan və rus bölməsi üzrə ümumilikdə 10 000-dən artıq vakant yer müəllimlərin işə qəbulu üzrə müsabiqəyə təqdim edilmişdir.