Avropa İttifaqı layihəsi çərçivəsində ARTİ-nin və bir sıra təhsil qurumlarının nümayəndələrinin Polşaya təlim səfəri başa çatıb

Tarix: 08.08.2023
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” layihəsi çərçivəsində Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Təhsil İnstitutunun, Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əməkdaşlarından ibarət 10 nəfərlik nümayəndə heyətinin Polşa Respublikasına təlim səfəri başa çatıb.

Təlim səfərinin əsas məqsədi Polşa təhsil sistemində Milli Kvalifikasiyalar Çərçivəsi, peşə təhsili və təlimi, peşəyönümü xidmətinin təşkili, Təhsil Tədqiqatları İnstitutunun fəaliyyəti ilə bağlı mövcud təcrübəni öyrənmək və ölkədəki müvafiq qurumlarla qarşılıqlı əlaqələri gücləndirmək olub. Təlim səfəri cari ilin 31 iyul tarixində başlayıb və 4 avqust tarixində yekunlaşıb.

Səfərin son günlərində Təhsil Tədqiqatları İnstitutunun baş eksperti Emilia Danowska-Florczyk tərəfindən Azərbaycan nümayəndə heyətinə  Polşanın Milli Kvalifikasiyaların Reyestri sistemi və onun idarə olunması barəsində ətraflı təqdimat edilib və reyestrin iş prinsipi izah olunub. Daha sonra, Polşanın Təhsil və Elm Nazirliyinin eksperti prof. Jakub Brdulak və kvalikifasiyaların keyfiyyətinin tanınması üzrə ekspert Beata Ciężka tərəfindən “AzMKÇ-nin 5-ci səviyyəsində fəaliyyət göstərən müəssisələrdə keyfiyyət təminatı” mövzusunda seminar keçirilib və qonaqların sualları cavablandırılıb. Əlavə olaraq, Tomasz Płachecki tərəfindən azərbaycanlı təhsil işçiləri Polşanın ümumi təhsildə məzunlarının izlənilməsi mövzusunda təcrübəsi haqqında məlumatlandırılıblar.