“Biologiya fənninin məzmununa dair yeniliklər” adlı vebinar baş tutacaq

Tarix: 08.08.2023
Paylaş:

14 avqust saat 15:00-da Təhsil İnstitutunun Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmovun moderatorluğu ilə “Biologiya fənninin məzmununa dair yeniliklər” adlı vebinar baş tutacaq.

Vebinarda spiker qismində biologiya kurikulumunun təkmilləşdirilməsi üzrə işçi qrupun üzvləri Rəşad Səlimov və Elşad Yunusov çıxış edəcəklər.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.