ARTİ “Təlim resurslarının ekspertizası şurası”nın formalaşdırılmasına dair müsabiqənin müsahibə mərhələsini keçirir

Tarix: 09.08.2023
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutu təhsilin müxtəlif pillə və səviyyələri üzrə “Təlim resurslarının (dərslik, əlavə dərs vəsaiti, metodik vəsait və s.-nin) ekspertizası şurası”nın (TREŞ) formalaşdırılmasına dair müsabiqədə iştirak edəcək namizədlərin müsahibə mərhələsini keçirir.

Müsahibə mərhələsində müsabiqəyə CV göndərən namizədlərdən seçilən şəxslərlə əlaqə saxlanılacaq.

Qeyd edək ki, müsabiqənin qalibləri ilə uyğun fənn üzrə TREŞ-in eksperti kimi müqavilə bağlanacaq və onlar təlimlərə cəlb olunacaqlar.