MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir

Tarix: 09.08.2023
Paylaş:

9 avqustdan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir.

Bu mərhələyə ümumilikdə 5 660 namizəd dəvət olunub.

Müsahibələr avqustun 18-dək davam edəcək.

Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Müsahibə mərhələsində uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.