MİQ üzrə müsabiqənin müsahibə mərhələsinin IV günü

Tarix: 14.08.2023
Paylaş:

14 avqust tarixində ibtidai sinif, musiqi, kimya, riyaziyyat, texnologiya, tarix və fiziki tərbiyə (rus bölməsi) fənləri üzrə müsahibələr təşkil olunub. Müsahibələrə 751 nəfər dəvət olunub.

Qeyd edək ki, bu gün Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov və Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev müsahibələrin gedişatı ilə tanış olublar.