Təhsil İnstitutu metodist hazırlığı üçün yenidən seçim elan edir!

Tarix: 14.08.2023
Paylaş:

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Fəaliyyət Planındakı 3.1.2. “Ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi. Ümumi təhsildə tədrisin keyfiyyətinin artırılması” bəndinə əsasən müasir metodiki xidmətin qurulması prosesi davam edir. Bu məqsədlə ümumi təhsil müəssisələrində metodik xidməti həyata keçirəcək peşəkar metodist hazırlığı aparılır və metodist bazası yaradılır.

2023-cü ildə metodist hazırlığı üçün Azərbaycan Respublikasının Təhsil İnstitutu yenidən seçim elan edir. Hazırlanacaq metodistlərin ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə fəaliyyət göstərmələri planlaşdırılır. Müsabiqəyə ölkənin müxtəlif regionlarından olan və peşəkar metodist kimi fəaliyyət göstərmək istəyən ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimləri qoşula bilərlər. Metodist olmaq üçün müraciət etmək istəyən namizədlər aşağıdakı tələbləri nəzərə almalıdırlar:

Qeydiyyatdan keçən və tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunurlar. Qeyd edək ki, müsahibədən keçən şəxslər “Metodist hazırlığı” təlimlərinə cəlb ediləcəklər.

Müraciət üçün son tarix: 25.08.2023

Müraciət formu: http://bitly.ws/RQui