MİQ üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb

Tarix: 21.08.2023
Paylaş:

18 avqust tarixində fiziki tərbiyə, ingilis dili (rus bölməsi), rus dili və ədəbiyyat, təsviri incəsənət, Azərbaycan dili (rus bölməsi) və fizika fənləri üzrə müsahibələr təşkil olunub. Müsahibələrə 436 nəfər dəvət edilib.

Qeyd edək ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov müsahibələrin gedişatı ilə tanış olub.

Xatırladaq ki, müsahibələr zamanı müvafiq komissiyalar tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq yoxlanılıb.