Azərbaycanlı təhsil işçiləri Astanada səfərdədirlər

Tarix: 22.08.2023
Paylaş:

Elm və Təhsil Nazirliyi ilə Qazaxıstanın “Nazarbayev İntellekt Məktəbləri” ASC-nin Pedaqoji Ustalıq Mərkəzi arasında bağlanmış müqaviləyə əsasən, 30 təhsil işçisi 11 – 24 avqust tarixlərində Astana şəhərində səfərdədir. Əsasən ibtidai sinif müəllimlərindən ibarət heyət ixtisasartırma təlimlərinə cəlb olunub.

Təlimlər ibtidai sinif müəllimlərinin peşə bacarıqlarının artırılması, həmçinin əldə edilmiş təcrübənin həmkarları ilə bölüşülməsi məqsədilə təşkil olunub. 

Nəzəri və praktik hissələrdən ibarət olan təlimlərə 4 modul daxildir. Bu modullardan ikisi Astanada, növbəti iki modul isə 29 avqust və 8 sentyabr tarixlərində Bakıda keçiriləcək. 

Səfər zamanı müəllimlər təlimlərlə yanaşı, müxtəlif mədəni tədbirlərdə iştirak edir və məktəblərə baş çəkirlər.