Mərkəzi imtahanlı lisey/gimnaziyalarda III mərhələ seçimlərinə start verilir

Tarix: 01.09.2023
Paylaş:

1 sentyabr tarixindən mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün seçim mərhələsinə start verilir. III mərhələ lisey və gimnaziya seçimi 3 sentyabr saat 12:00-da başa çatacaq.

Boş qalan yerlər üçün https://sy.edu.az/login portalında şəxsi kabinetə daxil olaraq “İmtahanlar” bölməsindən “Lisey seçimi” düyməsini sıxmaqla 1 və ya 2 seçim edilə bilər.

Qeyd edək ki, qəbul nəticələri açıqlandıqdan sonra 5 sentyabr saat 13:00-a kimi III mərhələdə uğur qazanan şagirdlərin sənəd qəbulu aparılacaq.