İş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsində iştirak edən müəllimlərin nəzərinə!

Tarix: 05.09.2023
Paylaş:

Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsində müraciətini təsdiqləmiş namizədlərin şəxsi səhifələrinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.

Qeyd edək ki, müsabiqə müddətsiz əsaslarla çalışan müəllimlərə elektron sistem üzərindən öz istəyi əsasında iş yerini qarşılıqlı dəyişdirmək imkanı verir.

İş yerini qarşılıqlı olaraq dəyişmək imkanı qazanan bütün müəllimlərə uğurlar arzulayırıq!