Müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə start verildi

Tarix: 05.09.2023
Paylaş:

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimlərinə bu gün saat 12:00-dan etibarən start verildi. Namizədlər şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçimi edə bilərlər.

Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi 7 sentyabr saat 12:00-da başa çatacaq.

Namizədlərə vakansiya seçimi etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamağı tövsiyə edirik!