Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələrinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Apellyasiya müsahibələri 4-5 sentyabr tarixlərində onlayn formatda “Microsoft Teams” platforması üzərindən təşkil olunub.
Namizədlər 12 sentyabr saat 18:00- zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3×4 formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.