Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi (MDPİM) tərəfindən ümumi təhsil müəssisələrində metodik xidmət göstərəcək metodistlərlə müsahibələr davam edir.
4-7 sentyabr tarixlərində təşkil edilən müsahibələrdə Bakı şəhəri və 7 regional təhsil idarəsinin (Abşeron – Xızı, Qarabağ, Dağlıq Şirvan, Şərqi Zəngəzur, Mərkəzi Aran, Gəncə – Qazax, Şirvan – Salyan) tabeliyində olan ümumi təhsil müəssisələrindən Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif müəllimləri olmaqla ümumilikdə 300-dən çox şəxs iştirak edib.
Müsahibələrdə müəllimlərin özünü və proqram üzrə mövzunu təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarıqları dəyərləndirilir.
Qeyd edək ki, yaxın günlərdə müsahibə mərhələsindən uğurlu nəticə əldə edən müəllimlərə növbəti mərhələ barədə məlumat veriləcək.