2023-cü il üçün elmlər doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul həyata keçirilib

Tarix: 13.09.2023
Paylaş:

11 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunda 2023-cü il üçün elmlər doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul olmaq istəyən iddiaçılar üçün müsahibə təşkil olunub.

İnstitutun direktoru, kimya üzrə fəlsəfə doktoru Rüfət Əzizovun iştirakı ilə dörd komissiyada təşkil olunmuş müsahibələrdə 6 iddiaçı iştirak edib.

Müsahibə komissiyasının qərarına əsasən 3 iddiaçı elmlər doktoru proqramı üzrə doktoranturaya, 1 iddiaçı isə elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul olunub, 1 nəfər isə müsahibədən keçməyib.