Fəlsəfə və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul imtahanları başa çatıb

Tarix: 14.09.2023
Paylaş:

13 sentyabr 2023-ci ildə Azərbaycan Respublikasının Təhsil İnstitutunda 2023-ci il doktoranturaya qəbul imtahanlarının sonuncu mərhələsi olan ixtisas fənnindən imtahanlar keçirilib.

Qəbul imtahanlarını keçirmək üçün institutun direktoru, kimya üzrə fəlsəfə doktoru Rüfət Əzizovun sədrlik etdiyi, ARTİ-nin direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, EPTM-nin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent İlham Cavadovun, Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Hümeyir Əhmədovun üzvlük etdiyi daimi imtahan komissiyası yaradılıb.

İxtisas üzrə fənn komissiyasında pedaqogika üzrə elmlər doktoru professor, ARTİ-nin elmi katibi Akif Abbasov, psixologiya üzrə elmlər doktoru, dosent, ARTİ-nin şöbə müdiri Elxan Bəylərov, pedaqogika üzrə elmlər doktoru, professor Rauf Sultanov, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nigar Muradova, pedaqogika üzrə fəlsəfə doktoru Könül Mahmudova, psixologiya üzrə fəlsəfə doktoru Raziyə Quliyeva iştirak edib.

İmtahanın sonuncu günü imtahan verən 5 nəfər iddiaçı müvafiq olaraq 5801.01 – Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası, 5804.01–Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi və 6104.01-Pedaqoji psixologiya ixtisaslarından qəbul imtahanı verib, məqbul qiymətlər alıb, 4 nəfər fəlsəfə doktoru proqramı üzrə əyani və qiyabi doktoranturaya qəbul olunub, 1 nəfər isə müsabiqədən keçməyib.

Qeyd edək ki, Xarici dil və fəlsəfə fənlərindən imtahanlarda yüksək qiymətlər alaraq ixtisas imtahanı mərhələsinə 17 nəfər iddiaçı iştirak hüququ qazanıb.