Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOİ 2023) məktəblilərimizin uğuru

Tarix: 14.09.2023
Paylaş:

8-14 sentyabr 2023-cü ildə Gürcüstan Federasiyasının Kutaisi şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOİ 2023) keçirilib. Fransa, Belçika, Estoniya, Macarıstan və ümumiyyətlə 24 Avropa ölkəsindən 96 məktəblininin təmsil olunduğu olimpiadada azərbaycanlı şagirdlər də iştirak edib.

4 nəfər şagirddən ibarət komanda ilə bu mötəbər elm yarışında iştirak edən məktəblilərimizin hər biri nailiyyətlə vətənə dönüb. Belə ki, Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli gümüş medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdləri Raul Cəfərli və Elvin İmanlı bürünc medala, Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəb 9-cu sinif şagirdi Nəsir Bəşirov isə həvəsləndirici mükafata layiq görülüblər.

7-ci dəfə təşkil edilən olimpiadada şagirdlərimiz 2017-ci ildən etibarən iştirak edirlər və ümumilikdə 3 gümüş, 6 bürünc medal qazanıblar.

Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” şirkətinin dəstəyi ilə həyata keçirilir.