Təhsildə Yeni Çağırışlar IV Beynəlxalq Forumunun əsas spikerini təqdim edirik

Tarix: 16.09.2023
Paylaş:

Təhsildə Yeni Çağırışlar IV Beynəlxalq Forumunun əsas spikerlərdən biri İƏİT-in baş katibinin təhsil siyasəti üzrə xüsusi müşaviri, təhsil və bacarıqlar üzrə direktoru, PISA-nın (Şagird Nailiyyətlərinin Beynəlxalq Qiymətləndirilməsi Proqramı) yaradıcısı dünya şöhrətli Andreas Şleyxerdir.

Andreas Şleyxer real dünyanın təhsildən tələbləri mövzusunda təqdimatla çıxış edəcək.

Cənab Şleyxer təhsildə keyfiyyəti və bərabərliyi təkmilləşdirmək üçün iyirmi ildən artıqdır ki, dünya üzrə təhsil nazirləri və liderləri ilə birlikdə işləyir.

Xatırladaq ki, forumda yalnız onlayn iştirak mümkündür. İştirak ödənişsizdir. Qeydiyyatdan keçmək üçün müvafiq linkə keçid edə bilərsiniz:

https://forms.gle/eXDG5VCrUz9tATST6