Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbulun test imtahanlarının nəticələri şəxsi səhifələrinə göndərilib

Tarix: 19.09.2023
Paylaş:

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Qeyd edək ki, test imtahanı mərhələsində göstərilən hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə buraxılır.

Namizədlərin hər birinə uğurlar arzulayırıq!