Data analitikası və təhsil tədqiqatı qrupunun üçüncü təlim görüşləri baş tutub

Tarix: 20.09.2023
Paylaş:

18-19 sentyabr tarixlərində Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” texniki yardım layihəsi çərçivəsində Data analitikası və təhsil tədqiqatı qrupunun üçüncü təlim görüşləri baş tutub.

Təlimin keçirilməsində əsas məqsəd qrup üzvlərini reqressiya təhlilinin əsas anlayışları və əhəmiyyəti ilə tanış etmək, təsviri ikidəyişənli analiz və korrelyasiya əmsallarını öyrənmək, R-də korrelyasiya analizinin tətbiqi, korrelyasiya və səbəb əlaqəsi arasındakı əlaqənin müzakirəsi, xətti reqressiya və onun R-də tətbiqi haqqında öyrənmək, təhsil üçün uyğun olan daha spesifik reqressiya modellərinə giriş və qrup tədqiqat layihələrində reqressiya təhlilinin rolunun müzakirəsi olub.

Təlimlərdə spiker qismində Srdcan Verbiç çıxış edib. Təlimlər zamanı iki gün ərzində iştirakçılar PİSA məlumat bazasından istifadə edərək korrelyasiya, reqressiya modelləri ilə bağlı fərdi və qrup işləri təqdim ediblər.

Qeyd edək ki, sözügedən işçi qrupunda 41 nəfər iştirak edir.