ARTİ MDPİM tərəfindən metodist hazırlığı təlimlərinə başlanılıb

Tarix: 25.09.2023
Paylaş:

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi (MDPİM) tərəfindən məktəblərdə metodik xidmətə cəlb ediləcək metodistlərin hazırlığı istiqamətində təlimlərə başlanılıb.

Sentyabrın 23-dən başlayan təlimlərə respublikanın müxtəlif şəhər və regionlarından (Bakı, Lənkəran – Astara, Qazax – Tovuz, Gəncə – Daşkəsən, Dağlıq Şirvan, Şirvan – Salyan, Şəki – Zaqatala, Abşeron – Xızı) ümumilikdə 150-yə yaxın müəllim cəlb olunub.

Qeyd edək ki, metodist hazırlığı üçün təlimlərə MDPİM tərəfindən təşkil edilən müsabiqədən uğurla keçən müəllimlər cəlb olunublar. Təlimlərdən uğurla keçən iştirakçıların isə metodist bazasına əlavə olunması və metodik xidmətə cəlb edilməsi nəzərdə tutulub.