Data analitikası və təhsil tədqiqatı qrupunun dördüncü təlim görüşləri baş tutub

Tarix: 25.09.2023
Paylaş:

21-22 sentyabr 2023-cü il tarixlərində  Təhsil İnstitutunun benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində Data analitikası və təhsil tədqiqatı qrupunun silsilə təlimlərinin dördüncü təlim görüş baş tutub.

Təlimin keçirilməsində əsas məqsəd inferensial təhlilin əsas anlayışları və əhəmiyyəti ilə qrup üzvlərinə təqdimat, etibar intervalları və güvən səviyyələrinin öyrənilməsi, R-də statistik testlərin tətbiqi, siyasət formalaşmasında inferensial statistikanın tətbiqinin müzakirəsi, statistikanın elmi metodda rolununun öyrənilməsi, qrup tədqiqat layihələrində inferensial statistikanın rolunun müzakirəsi olub.

Təlimlərdə spiker qismində layihənin baş eksperti Srdcan Verbiç çıxış edib. Təlimlər zamanı iki gün boyunca iştirakçılar PİSA məlumat bazasından istifadə edərək inferensial statistikanın tətbiqi ilə bağlı fərdi və qrup işləri aparıb və yekunda nəticələri təqdim ediblər. Təlimlərin sonunda iştirakçılarda inferensial statistikanın tətbiqi ilə bağlı ilkin bacarıqlar formalaşdırılıb.

Qeyd edək ki, sözügedən işçi qrupunun təlim görüşlərində 41 nəfər iştirak edir.