Tənqidi təfəkkür və problem həlletmə bacarıqlarını necə inkişaf etdirməli

Tarix: 25.09.2023
Paylaş:

ARTİ MDPİM tərəfindən metodik dəstək məqsədi ilə müəllimlərin təlim ehtiyaclarına uyğun videoresurlar hazırlanmışdır.

Qeyd edək ki, bu rubrikada metodik dəstək məqsədi ilə müəllimlərin təlim ehtiyaclarına uyğun videoresurslar davamlı olaraq yerləşdiriləcək.

Növbəti videoresursumuzu təqdim edirik: “Tənqidi təfəkkür və problem həlletmə bacarıqlarını necə inkişaf etdirməli”. Materialda tənqidi təfəkkürün şagirdlərdə formalaşdırılmasının əhəmiyyəti, qarşıya çıxan problemlərin həll edilməsində rolundan bəhs edilir. Problemin müəyyənləşdirilməsi, təhlili, həlli üçün səmərəli yolun tapılması və mərhələli şəkildə həll edilməsi üçün tənqidi təfəkkürün əhəmiyyəti barədə məlumat, eləcə də şagirdlərdə tənqidi təfəkkürü formalaşdırmaq üçün bir sıra üsullar təqdim edilmişdir.