ARTİ-nin “Ümumtəhsil müsəssisələrində tərbiyə işinin təşkilinin nəzəriyyəsi və metodikası” adlı metodik vəsaiti çap edilib

Tarix: 26.09.2023
Paylaş:

Təhsil İnstitutu tərəfindən “Ümumtəhsil müsəssisələrində tərbiyə işinin təşkilinin nəzəriyyəsi və metodikası” adlı metodik vəsait çap edilib.

Dərs vəsaitində təhsil müəssisələrində tərbiyə işinin təşkilinin elmi-nəzəri və pedaqoji-psixoloji əsasları, ümumtəhsil müəssisələrində sinif rəhbəri işinin təşkili, tərbiyə işində kollegial idarəetmə və özünüidarə, ümumtəhsil müəssisələrində təhsilalanların məktəbdənkənar tərbiyə işinin təşkili məsələləri və onların alt komponenetləri sistemli şəkildə işlənmişdir.

Dərs vəsaiti pedaqoji yönümlü ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan bakalavrlar, magistrlər, ümumtəhsil müəssisələrində çalışan tərbiyə işləri üzrə direktor müavinləri (təşkilatçılar), sinif rəhbərləri və tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.

Ümumtəhsil müəssisələrində tərbiyə işinin təşkilinin nəzəriyyəsi və metodikası