Formativ qiymətləndirmənin dəstəkləyici əks əlaqə üçün istifadə olunması

Tarix: 26.09.2023
Paylaş:

ARTİ tərəfindən müəllimlərə metodik dəstək məqsədilə “Formativ qiymətləndirmənin dəstəkləyici əks əlaqə üçün istifadə olunması” mövzusunda videoresurs hazırlanıb.

Videoresursda formativ qiymətləndirmənin mahiyyəti və məqsədi, əks-əlaqəni effektiv edən xüsusiyyətlər, dəstəkləyici əks-əlaqənin qurulması yollarından bəhs edilir. Dəstəkləyici əks-əlaqənin mahiyyəti, şagirdlərin stimullaşdırılmasında əks-əlaqənin əhəmiyyəti barədə məlumat təqdim edilmişdir.