Peşəyönümü işinin təşkili

Tarix: 28.09.2023
Paylaş:

Təhsil İnstitutu tərəfindən müəllimlərə metodik dəstək məqsədilə “Peşəyönümü işinin təşkili” mövzusunda videoresurs hazırlanıb. Videoresursda peşəyönümü işinin mahiyyəti və əhəmiyyətindən, qarşıya çıxan problemlərin həll edilməsində rolundan bəhs edilir. İbtidai, ümumi orta, tam orta təhsil səviyyələrində peşəyönümü işinin təşkili üsulları, eləcə də tam orta təhsil səviyyəsində peşə təmayüllü siniflərin rolu barədə məlumat təqdim edilmişdir.