ARTİ “Ümumtəhsil müəssisələrində öyrənmə mühitinin təşkili və idarə olunması” adlı metodik vəsait hazırlayıb

Tarix: 29.09.2023
Paylaş:

Təhsil İnstitutu “Ümumtəhsil müəssisələrində öyrənmə mühitinin təşkili və idarə olunması” adlı metodik vəsait hazırlayıb.

Metodik tövsiyədə ümumtəhsil məktəblərində öyrənmə mühitinin təkmilləşdirilməsi, öyrənənləri fəal öyrənməyə və tənqidi düşünməyə stimullaşdıran siniflərin ortaq xüsusiyyətləri, pedaqoji prosesin məhsuldarlığına birbaşa təsiri məsələləri təqdim edilmişdir. Öyrədici (əşyavi mühit, informasiya mühiti, sosial-psixoloji mühit), inkişafetdirici və dəstəkləyici mühit, onun təşkilinə verilən tələblər, fiziki məkanın, sinif otağının təşkilinin təlimə təsiri məsələləri problem kimi qarşıya qoyulmuşdur.

Metodik tövsiyədən məktəb rəhbərləri, müəllimlər, metodistlər təhsil sahəsində fəaliyyət göstərən mütəxəssislər, tələbələr, doktorant və dissertantlar da istifadə edə bilər.

Öyrənmə mühitinin təşkili və idarə olunması