Riyaziyyat fənni üzrə beynəlxalq olimpiadalarda məktəblilərimizin nailiyyətləri ildən ilə artmaqdadır. Şagirdlər hər tədris ilinin əvvəlində təşkil edilən dərslərə qoşulmaqla ilboyu hazırlıqlarını davam etdirirlər. Yuxarı yaş qrupu üzrə (9-10-11-ci sinif) şagird seçimi Respublika Fənn Olimpiadalarının finalçıları arasında təşkil edilən imtahan nəticəsində müəyyənləşir. Aşağı yaş qrupu üzrə iştirakçılar isə Respublika Fənn Müsabiqələri qaliblərindən seçilirlər. 8-ci sinif şagirdlərinin seçimi ikimərhələli imtahan vasitəsilə təşkil edilir ki, həmin imtahanlarda bu günə kimi 12000-dən çox şagird iştirak edib. Seçmə imtahanının birinci mərhələsi virtual test imtahanı, ikinci mərhələsi isə əyani, açıq yazılı imtahan formatında təşkil edilir. Cari tədris ilində seçmə imtahanından öncə əvvəlki illərin imtahanları sınaq formatında şagirdlərə daha yaxşı hazırlaşmaları məqsədilə təqdim edilir.
Sınaq 1 – https://www.oxuyan.az/exams/ZPCUG4
Sınaq 2 – https://www.oxuyan.az/exams/48PTDJ
Sınaq 3 – https://www.oxuyan.az/exams/JQ6ALM
Aşağıdakı keçidə daxil olmaqla əvvəlki tədris ilində təşkil edilən ikinci mərhələnin sualları, həlləri və qiymətləndirmə meyarları ilə tanış ola bilərsiniz: