“Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində Müəllimlərin idarəolunması işçi qrupunun üçüncü və dördüncü təlim görüşləri baş tutub

Tarix: 04.10.2023
Paylaş:

28-29 sentyabr tarixlərində Təhsil İnstitutunun benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində Müəllimlərin idarəolunması işçi qrupunun üçüncü təlim görüşləri baş tutub.

Təlimlərin keçirilməsində məqsəd müəllimlərin idarəolunması üzrə təklif olunan təlim proqramını nəzərdən keçirmək, qəbul etmək və təsdiq etmək, davamlı peşəkar inkişaf (DPİ) imkanlarını araşdırmaq və DPİ konsepsiyasının təklif olunan əsas layihəsinin təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq və təqdim etmək, DPİ təsirinin ölçülməsini araşdırmaq və DPİ təsirinin ölçülməsinin təklif olunan əsas layihəsinin təkmilləşdirilməsi üçün təkliflər vermək və iştirakçıların fərdi təlim planlarını hazırlamaq olub.

İki gün davam edən təlimlərdə iştirakçılar tərəfindən müəllimin peşəkar inkişafı (Pİ) sisteminin strukturu, konsepsiyası, məzmunu üzrə təkliflər hazırlanıb və qarşılıqlı müzakirə aparılıb.

2-3 oktyabr tarixlərində isə sözügedən işçi qrupunun dördüncü təlim görüşləri keçirilib. Burada əsas məqsəd razılaşdırılmış struktur/konsepsiyaya uyğun olaraq Pİ məzmununun ikinci hissəsi və Pİ təsirinin ölçülməsi üçün təklifləri hazırlamaq və təqdim etmək, keyfiyyətli tədris üçün meyarlar toplusunu, tədrisin müşahidə formasını (özünü qiymətləndirmə, qarşılıqlı qiymətləndirilmə və tədrisin təkmilləşdirilməsi üçün fəaliyyət planını özündə ehtiva edən) tədqiq və təklif edərək məktəbdaxili metodistlər tərəfindən istifadə oluna biləcək alətlər hazırlamaqdır. Eyni zamanda Aİ-nin Ömürboyu Təhsil üçün Əsas Kompetensiyaların İstinad Çərçivəsini (2018) təhlil edərək fəal öyrənmə və konstruktivist pedaqogika yanaşması ilə tanış olmaq və məktəbdaxili metodistlərə yayılması imkanlarını nəzərdən keçirmək, müxtəlif formativ qiymətləndirmənin yanaşması ilə tanış olmaq və məktəbdaxili metodistlərə yayılması imkanlarını nəzərdən keçirmək də prioritet istiqamətlərdir.

İki gün ərzində təşkil olunan təlimlərdə iştirakçılar müəllimin peşəkar inkişafı (Pİ) sisteminin məzmunu ilə bağlı təkliflər hazırlayıb və məktəbdaxili metodistlər üçün alətlərin hazırlanması ilə bağlı ətraflı məlumat əldə ediblər.

Hər iki təlim görüşlərində iştirakçılara təlimçilər Maya Yukiç və Boris Verbiç tərəfindən təqdimat olunub və qruplarla iş aparılıb.

Qeyd edək ki, sözügedən işçi qrupunda 40 nəfər iştirak edir.