Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə ötən il ilk dəfə mərkəzləşdirilmiş qaydada həyata keçirilib. Cari tarixə qədər tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən 244 nəfər namizəd işlə təmin olunub. Hal-hazırda məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə 101 vakant yer mövcuddur.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır. Elektron sənəd qəbulu mərhələsi 5-12 oktyabr tarixlərini əhatə edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər 5 oktyabr saat 11:00-dan 12 oktyabr saat 11:00 -dək www.miq.edu.az keçidindən istifadə etməklə qeydiyyatdan keçə bilərlər.
Xatırladaq ki, tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş şəxslər iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!