Azərbaycan Respublikasının Təhsil İnstitutu və İqtisadi Əməkdaşlıq Təşkilatı Təhsil İnstitutu arasında mümkün əməkdaşlığa dair görüş keçirilib

Tarix: 09.10.2023
Paylaş:

9 oktyabr tarixində ARTİ-nin direktor səlahiyyətlərini icra edən Elnur Əliyev ilə İqtisadi Əməkdaşlıq Təşkilatı Təhsil İnstitutunun prezidenti Akif Kireçci arasında mümkün əməkdaşlığa dair görüş keçirilib.

Görüş zamanı hər iki qurumun fəaliyyət istiqamətləri barəsində məlumat mübadiləsi aparılıb, perspektivlər müzakirə olunub.

Görüşdə, həmçinin Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva, İqtisadi Əməkdaşlıq Təşkilatı Təhsil İnstitutunun əməkdaşı Gonca Biltekin, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynur Alışzadə və Layihələrin idarə olunması şöbəsinin müdiri səlahiyyətlərini icra edən Həbibə Nəzirova iştirak edib, müəllimlərin hazırlığı, inklüziv təhsilin təşkili və digər mövzularla bağlı iş birliyi üzrə fikir mübadiləsi aparılıb.